Xaçmaz rayonunda arıçılıq təsərrüfatlarında məhsuldarlıq artıb.
Arıçılar təsərrüfatlarından bol məhsul əldə ediblər. Yerli təsərrüfat sahibləri bildirirlər ki, bu ilki məhsuldarlıq ötən illə müqayisədə daha çoxdur.
Ötən il orta hesabla bir yeşikdən 9-11 kiloqram bal toplanmışdısa, bu il 18-20 kiloqram bal götürülüb. Toplanan məhsulun bir hissəsi satışa çıxarılıb.
Hazırda 1 kiloqram balın satış qiyməti 25-30 manat arasında dəyişir.