Xaçmazda ağır yol qəzası baş verib.

Mayın 21-də saat 2 radələrində Xaçmaz rayonunun Çinartala kəndi ərazisində Bərdə rayon sakini P.Şərifov idarə etdiyi “DAF” markalı yük  avtomobili ilə yolu keçən rayon sakini Şəmsəddin Muradovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İstinadlar Qafqazinfo