Xaçmaz rayonu, Xudat şəhəri 5 saylı ümumi orta məktəbin 8-ci sinif şagirdi Xədicə Rəcəbova vəfat edib.

Bu Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ağamirzə Əzimov məlumat verib. O qeyd edib ki, şagird ötən həftədən bəri temperaturu olduğuna görə ev şəraitində müalicə alıb:

“Dünəndən məktəbə gəlməyə başlayıb. Bu gün isə məktəbdə halı pisləşib, təcili yardım çağırıblar. Daha sonra xəstəxanada dünyasını dəyişib. Valideyni bildirir ki, evdə qızdırmalı olduğuna görə müalicə alıb. Həkimin rəyi ilə hələ tanış olmamışıq. Ona görə də onun koronavirusdan vəfat edib- etmədiyi barədə nəsə deyə bilmərik”.

 

İstinadlar Qafqazinfo