Ermənistan Prezidenti Vaaqn Xaçaturyan xəstəxanaya yerləşdirilməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.

O, bu barədə “Sputnik Ermənistan”a müsahibəsində deyib.

“Bu şayiələrin müəllifləri mənim ailəmi və dostlarımı narahat etdilər. Xəstəxanaya kimin aparıldığını bilmirəm, amma bu, mən deyiləm. Belə dezinformasiya yayanlara da cansağlığı arzulayıram”, – dövlət başçısı əlavə edib.

İstinadlar Qafqazinfo