
Ermənistanın milli qəhrəmanı, general-mayor Tiran Xaçatryan barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib.
Bu haqda “News-am” məlumat yayıb.
Belə ki, Tiran Xaçatryanın həbsi 10 milyon dram girov və ölkəni tərk etməmək barədə yazılı öhdəliklə əvəzlənib.
Müdafiə tərəfi həbs-qətimkan tədbirinin dəyişdirilməsi vəsatəti ilə Xaçatryanın aldığı mükafatların və xatirə medallarının bir qismini məhkəməyə təqdim edib.
Prokuror həbs müddətinin uzadılmasını istəyib.
Xatırladaq ki, T. Xaçatryan ötən ay həbs edilmişdi.