
ABŞ Prezidenti Donald Tramp maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lyutniklə danışdıqdan sonra iqtisadi tariflərin tətbiqini dayandırıb.
Bu barədə “Wall Street Journal” məlumat yayıb.
Məqalə müəllifləri vurğulayırlar ki, Bessent və Lyutnik Trampın ticarət müşaviri Piter Navarronun müvəqqəti olmamasından istifadə edərək ABŞ liderini razı sala bilib. O, digər ölkələrə qarşı tariflərin tətbiqi ideyasını dəstəkləyirdi: Navarro Ağ Evin başqa qanadında idi ki, bu da nazirlərə Trampla strategiyasını dəyişmək barədə danışmağa imkan verirdi.