ABŞ-nin keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə İlon Maskla onun məsləhətçi vəzifəsinə təyin olunmasını müzakirə edib.

Onların fikrincə, bu təklif hələ tam hazırlanmayıb, lakin Tramp və Mask belə bir ehtimalı müzakirə ediblər ki, bu da sonuncuya sərhəd təhlükəsizliyi və iqtisadiyyatla bağlı siyasətə təsir imkanı verəcək. Nəşr qeyd edib ki, Mask son vaxtlar bu mövzularda çıxış etməkdə fəallaşıb. Tramp seçkilərdə qalib gələ bilsə, iş adamını “daha aktiv olmağa” cəlb etməyin yolunu tapmaq istəyir.