Rusiya hökuməti ölkənin ən böyük neft şirkətlərini – “Rosneft”, “Qazprom Neft” və “Lukoyl”u birləşdirmək planı üzərində işləyir.
Nəşr iddia edir ki, bu ideya reallaşarsa, Səudiyyə Ərəbistanın dövlət neft şirkəti olan “Saudi Aramco”dan sonra dünyanın ikinci ən böyük neft hasilatçısı yaranmış olacaq.
Qeyd olunub ki, şirkətlərin top-menecerləri ilə dövlət rəsmiləri arasında danışıqlar bir neçə aydır davam edir. Bununla belə, yekunda razılaşmanın əldə olunub-olunmayacağı bəlli deyil.
WSJ-nin mənbələri qeyd edir ki, bir sıra maneələr, o cümlədən “Rosneft” və “Lukoyl” şirkətlərinin bəzi rəhbərlərinin narazılığı, həmçinin “Lukoyl” səhmdarlarına ödəniş etmək üçün vəsait toplamaq problemi var.