ABŞ kəşfiyyat agentlikləri İsrailin bu il Tehranın zəifləməsindən istifadə edərək İranın nüvə obyektlərinə genişmiqyaslı zərbələr endirmək imkanını nəzərdən keçirdiyi qənaətinə gəlib.

Bu nəticə keçmiş ABŞ Prezidenti Cozef Bayden administrasiyasının son günlərində hazırlanmış analitik hesabata daxil edilib. Sənəddə 2024-cü il ərzində İranın imkanlarının zəifləməsindən sonra regionda hərbi fəallığın davam etməsi riskləri vurğulanıb.

Srail belə zərbələr üçün Donald Tramp administrasiyasının dəstəyini almağı planlaşdırır və onu keçmiş prezident Cozef Baydenlə müqayisədə hücumu dəstəkləməyə daha meyilli hesab edir.

İstinadlar Report