Vaşinqtonla Tehran arasında danışıqlarda fikir ayrılıqları əsasən İranın uranın zənginləşdirilməsi proqramına aiddir.

Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşr bu məsələni hazırkı danışıqlarda əsas büdrəmə nöqtəsi adlandırıb.

“Digər mübahisəli məsələ ABŞ administrasiyasının İranın raket proqramını yeni nüvə sazişi ilə əlaqələndirmək istəyidir. Bununla belə, ABŞ prezidenti Donald Tramp administrasiyasının adının çəkilməsini istəməyən məmuru Omandakı danışıqları müsbət və məhsuldar adlandırıb.

İstinadlar Report