Artıq 2750-dən çox məhkum müharibəyə qatılmaq üçün Ukrayna həbsxanalarından azad edilib.

Bu barədə “The Washington Post” qəzeti yazıb.

Ukraynanın ədliyyə naziri Denıs Malyuska nəşrə şərhində ilkin mərhələdə azı 4 min məhkumun könüllü olmağa razı olacağını proqnozlaşdırıb. Hələlik məhkumlar yalnız keçmiş məhbuslardan ibarət hücum bölmələrində xidmət edəcəklər.

“Bizim məhbusların motivasiyası sıravi əsgərlərdən daha güclüdür. Onların azadlığa buraxılması motivin yalnız bir hissəsidir. Onlar vətənlərini qorumaq istəyirlər və çətin günləri geridə qoymaq istəyirlər”, – o vurğulayıb.

İstinadlar Report