
ABŞ Prezidenti Donald Tramp Meksika sərhədinə təxminən 10 min hərbçi göndərməyi planlaşdırır.
“Prezident Donald Tramp cənub sərhədinə təxminən 10 min əsgər göndərməyə hazırlaşır”, – nəşr bildirib. Qəzet iddia edib ki, sərhəddə hərbi mövcudluğun artırılması bir neçə mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə təxminən 1 000 hərbçi nəzərdə tutulur.