“Microsoft” 2019-cu ilin aprelindən etibarən “Windows 7” sistemində texniki dəstək xidmətinin dayandırılması və “Windows 10” sisteminə keçid zərurəti haqqında bildirişlər göstərməyi planlaşdırır.

“Gələn aydan etibarən “Windows 7″ sisteminin idarəetməsi altında işləyən kompüterlərdə bildirişlər göstəriləcək” – “Microsoft”un rəsmi bloqunda korporasiyanın vitse-prezidenti Mett Barlou bu günlərdə yazıb.

Həmçinin Barlou deyib ki, 2019-cu ilin fevral-dekabr aylarında bildirişlər bir neçə dəfə göstəriləcək. Xatırladaq ki, “Microsoft” 14 yanvar 2020-ci il tarixində “Windows 7” sisteminin rəsmi dəstəyini dayandıracaq.

İstinadlar ict news