Köhnəlmiş “Windows 7” əməliyyat sisteminə artıq “Microsoft”dan drayver göndərilməyəcək. Bu barədə şirkətin dəstək saytında məlumat verilib.

Istifadəçilər üçün məlumatda bildirilib ki, “Microsoft” korporasiyası “Windows” Yeniləmə Mərkəzində “Windows 7” sistemi üçün drayverlərin göndərilməsini dayandırır. Məhdudiyyət “Service Pack 1”, “Windows Server 2008” və “Windows Server 2008 R2” versiyalarına aiddir.

Drayverlərin müddətini uzatmağın yeganə yolu “Windows 7” sisteminin korporativ lisenziyasını almaqdır. Məlumata görə, genişləndirilmiş təhlükəsizlik yeniləmələri proqramına daxil edilmiş kompüterlər 2023-cü ilin yanvarınadək yeniləmələr almağa davam edəcək.

Emil Hüseynov

İstinadlar ict news