“Windows 10” əməliyyat sisteminin mayda təqdim edilmiş versiyası ən populyar olub. Bu barədə “AdDuplex” platformasının fevral hesabatında deyilir.

Şirkət “Microsoft Store” mağazasından təxminən 80 min kompüterə quraşdırılmış 5 min proqramın məlumatlarını özündə birləşdirir. Kompüterlərdən toplanılmış informasiyaya əsasən, “Windows 10 May 2020 Update” və ya “Windows 10” (2004) yenilənməsi “Microsoft” korporasiyasının mövcud əməliyyat sisteminin ən populyar versiyası hesab edilir.

Analitiklər “Windows 10” sistemi üçün köhnə yeniləmələrin bazar payının tədricən azalmasını qeydə alırlar. Məsələn, mütəxəssislərin araşdırmasına görə, “Microsoft”un məhsullarından istifadə edənlərin yalnız 5,8%-i 2019-cu ilin mayında təqdim edilmiş “Windows 10” (1903) yeniləməsindən istifadə edirlər.

Emil Hüseynov

İstinadlar ict news