“WikiLeaks” təşkilatı ABŞ-ın Ədliyyə Nazirliyinin Culian Assanjın ünvanına yeni ittihamlarını şərh edib.

Şərh eyniadlı saytın “Twitter” səhifəsində yerləşdirilib.

“Bu, ağılsızlıqdır. Milli təhlükəsizlik və birinci düzəliş (ABŞ-ın Konstitusiyasına düzəliş-red) sahəsində jurnalist fəaliyyətinin sonu”, – saytın “Twitter” səhifəsində deyilir.

Daha əvvəl bildirilirdi ki, ABŞ-ın Ədliyyə Nazirliyi Britaniyanın Belmarş həbsxanasındakı Assanja qarşı 17 yeni ittiham irəli sürüb.

Söhbət casusluq və məxfi informasiyanın açılması haqqında qanunun tələblərinin pozulmasından gedir.

İstinadlar Report