“WhatsApp” messencerinin proqramçıları “Any.do” xidməti ilə birgə messencerə yeni funksiya əlavə ediblər ki, bu da tapşırıqlar yaratmağa və onlar haqqında bildiriş qəbuluna imkan verir. Yeni funksiya “whatsapp.any.do” saytında təqdim edilib.

“WhatsApp Reminders” adlandırılmış yeni funksiya ödənişli abunə üzrə bütün qurğularda əlçatandır.

Tapşırıq yaratmaq üçün “Any.do” botuna bildiriş vaxtının göstərilməsi qeyd edilmiş müvafiq mesaj göndərmək lazımdır. Bundan başqa, avtomatik tapşırıqlar yaratmaq üçün digər həmsöhbətlərdən alınmış mesajları yönləndirmək olar.

Emil Hüseynov

İstinadlar ict news