“WhatsApp” messencerinin yeni versiyasında stikerlər üzrə axtarış və çatın arxa fonunu dəyişdirmək imkanı əlçatan olub. Yenilik haqqında xidmətin rəsmi “YouTube” kanalında məlumat verilib.

Indi istifadəçi qrup və şəxsi çatlar üçün fon təsvirini tənzimləyə bilər. Həmçinin istifadəçi arxa fona öz şəklini quraşdıra bilər.

“WhatsApp”ın yeni versiyasında stikerlər üzrə axtarış funksiyası istifadəyə verilib. Həmçinin populyar stikerlər kateqoriyasına baxmaq olar. Bundan əvvəl lazımi stikeri uzun siyahıdan axtarmaq lazım idi.

Emil Hüseynov

İstinadlar ict news