“WhatsApp” messencerinin istifadəçiləri göndərilmiş şəkilləri redaktə edə biləcəklər.

Söhbət həm şəxsi mesaj, həm də qrup çatlarında göndərilmiş şəkillərdən gedir. Şəkillərin sürətli redaktəsi funksiyası messencerin növbəti yeniləməsinin beta-test versiyasında aşkar edilib.

Məlumata görə, yeni funksiya şəkli kəsməyə, ona emoji, şəkil və ya yazı əlavə etməyə imkan verəcək.

İstinadlar ict news