
“AI in Energy” təşəbbüsü süni intellekt əsaslı həllər vasitəsilə həm Azərbaycanda, həm də dünya miqyasında şəhər enerjisinin idarə edilməsini yaxşılaşdırmağa imkan verəcək.
Bu barədə Dünya İqtisadi Forumunun (WEF) “Impact Report: Centre for the Fourth Industrial Revolution Network 2023-2024” adlı hesabatında qeyd olunub.
Hesabatda fikirləri yer alan İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib ki, pilot layihə WEF ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir: “Layihə süni intellektin energetika sahəsinə tətbiqinə yönəlib və bu da Azərbaycanda enerji istehlakını optimallaşdırmağa, enerji səmərəliliyini artırmağa, əməliyyat xərclərini azaltmağa və ətraf mühitə təsiri minimuma endirməyə imkan verəcək”.
O əlavə edib ki, layihənin müsbət və uğurlu nəticələri digər ölkələr üçün model olacaq.