Vyetnamın Baş naziri Fam Min Çin Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb.

Məlumatı Vyetnamın rəsmi mənbələri yayıb.

Bildirilib ki, Vyetnam hökumətinin başçısı ABŞ-ın dövlət katibi ilə Şərq dənizində (Yapon dənizində) sülh, azadlıq, dəniz nəqliyyatı və aviasiyanın təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə ediblər. Onlar meydana çıxan istənilən mübahisəli məsələni beynəlxalq hüquq, ilk növbədə 1982-ci ildə BMT-nin Dəniz hüquq üzrə qəbul olunan konvensiyası əsasında dinc yolla həllinin vacibliyini vurğulayıblar.

Vyetnamın Baş naziri ASEAN-ABŞ xüsusi zirvə toplantısını təşkil etdiyi üçün ABŞ-a təəkkürünü bildirib. Fam Min Çin ikitərəfli münasibətlərdən danışaraq qeyd edib ki, ABŞ Vyetnamın vacib tərəfdaşlarındandır. O, iki ölkə arasında əlaqələri yüksək qiymətləndirərək ABŞ-ın Vyetnamla əməkdaşlığı inkişaf etdirəcəyinə və müxtəlif sahələrdə dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.

İstinadlar Report