
Vyetnamda yeni növ koronavirusun səbəb olduğu pandemiya dövründə ilk dəfə COVID-19 xəstəsi infeksiyanın qurbanı olub.
Bu barədə yerli “Vietnam News” nəşri yazıb.
Qeyd olunub ki, ölüm faktı barədə Vyetnamın COVID-19-un yayılmasının qarşısının alınması və profilaktikası üzrə komitəsi məlumat verib. Bildirilib ki, 428 nömrəli xəstə ölüb.