Vyetnamın paytaxtı Hanoy şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bu barədə Hanoydakı fövqəladə hallar xidmətinin nümayəndələri məlumat verib.
Qeyd olunub ki, hadisə kiçik mənzillərə bölünərək kirayə verilən iki beşmərtəbəli binadan ibarət fərdi yaşayış kompleksində baş verib.
Alov elektriklə işləyən velosiped təmiri sexinin olduğu evlərin birində qeydə alınıb. Hadisə zamanı mənzillərdə çoxlu sayda insan olub.
Yanğınla mübarizədə 50-yə yaxın yanğınsöndürmə briqadası iştirak edib və yanğın tamamilə söndürülüb.