Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama

Hörmətli cənab Prezident,

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, görkəmli dövlət xadimi Nquyen Fu Çonqun vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Nquyen Fu Çonqun Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin xoş ənənələrinin möhkəmlənməsində böyük xidmətləri olmuşdur. Biz dövlətlərarası münasibətlərimizin inkişafına Nquyen Fu Çonqun verdiyi töhfəni yüksək qiymətləndiririk.

İstinadlar Report