Vyanada güclü partlayış olub.

Bu barədə TASS məlumat yayıb.

Məlumata görə, hadisə beşmərtəbəli yaşayış binasında baş verib. Partlayış nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya çatdırılıb.

Binanın bir hissəsi partlayışın gücündən qismən dağılıb.

Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub, əraziyə yaxın küçələr əhatəyə alınıb.

Hadisəyə qaz sızması səbəb ola bilər.

İstinadlar Report