“Dilarə Əliyeva hazırda şok vəziyyətindədir”.

Bunu Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev deyib.

“Gəlmək istədi, həkimlər icazə vermədi. Ağlayır, Oqtayı soruşur. Sabaha kimi səhhəti yaxşılaşarsa dəfndə iştirak edəcək” – deyə, o bildirib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

İstinadlar Report