Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, üzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyub komaya düşüb.

Vurğun Əyyubun vəziyyəti bu gün ağırlaşıb. Hazırda evində həkim nəzarətində olan Vurğun Əyyub uzun müddət idi, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

***

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti ağırlaşıb.

Bu barədə Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyub bildirib.

Bununla belə, o, Vurğun Əyyubun komaya düşməsi barədə xəbərlərin həqiqətə uyğun olmadığını deyub. Vurğun Əyyubun səhhətinin ağır olaraq qaldığını qeyd edən İ.Əyyub ailə üzvlərinin media nümayəndələrindən onları tez-tez narahat etməməyi xahiş etdiyini diqqətə çatdırıb.

İstinadlar Qafqazinfo