Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində fevralın 18-də İspaniyanın “Escribano” şirkətinin prezidenti Xavier Escribano Ruiz və “İndra” şirkətinin sədri Angel Escribano Ruiz, həmçinin Çin Xalq Respublikasının “Norinco” şirkətinin prezidenti Çen Defan, İndoneziya Respublikasının “E-System Solutions FZ” şirkətinin icraçı direktoru Həbib Boukharouba ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Görüşlərdə şirkətlərin hərbi sənaye müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, bu sahədə qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.