
Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Neftçala Elektrik Şəbəkəsinin inzibati binasında Neftçala və Salyan rayonlarından olan vətəndaşlarla görüşüb.
Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.