Serbiya Prezidenti Aleksandar Vucic Rusiya və Çin telekanallarının bloklanması qərarını tənqid edib.

Bu barədə Serbiya lideri İsveçrənin “Die Weltwoche” jurnalına müvafiq açıqlama verib.

A.Vuçiç qeyd edib ki, Serbiyada Ukrayna, Rusiya, Çin, eləcə də ABŞ, Britaniya, İsveçrə, Fransa, Almaniya telekanallarına baxmaq olar.

Serbiya Prezidentinin “İsveçrədə Çin və ya Rusiya kanallarına baxa bilirsinizmi?” sualına cavab olaraq jurnalist qeyd edib ki, İsveçrədə bir telekanala (Russia Today) baxmaq olar, Almaniyada isə “bütün telekanallar qadağandır”.

Vucic ritorik şəkildə soruşub: “Onlar qadağandırsa, bu, demokratiyadır?”

“Demokratiyanın nə olduğunu kim müəyyənləşdirir? Bilirsiniz, mən kiçik yaşlarımda zəif rəsmlər çəkirdim. At şəkli çəksəm də, amma ata oxşamırdı. Ona görə altından “bu, atdır” yazmalı idim”.

İstinadlar Report