“Serbiya Rusiyaya qarşı sanksiyalar məsələsində öz siyasətini davam etdirəcək və bacardıqca onları tətbiq etməyəcək”.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç “Prva TV”yə müsahibəsində deyib.

“Bizim siyasətimiz Avropa yolu ilə getmək, adət-ənənələrimizi, dostluğumuzu qorumaq, özümüzə güvənmək, müstəqil olmaqdır. Əlbəttə, Aİ bizə Avropa Birliyinə qoşulmağa altı ay qaldığını deyəndə, biz öz siyasətimizi onların tələblərinə uyğunlaşdıracağıq və digərlərindən daha ədalətli olacağıq. Aİ-yə üzvlük müddəti bitmədən siyasətimizi onlarla uyğunlaşdırmağa borclu olduğumuz üçün bunu mütləq edəcəyik”- deyə, o bildirib.

Bundan əvvəl Avropa Parlamentinin deputatları səs çoxluğu ilə Serbiyanın Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmasını, habelə Kosovo ilə qarşılıqlı tanınmaya əsaslanan münasibətlərin inkişafı haqqında saziş imzalamasını tələb edən qətnamə qəbul ediblər.