
Serbiya Prezidenti Aleksandar Vuçiç hakim Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verəcəyini açıqlayıb.
“Bu gün Serb Tərəqqi Partiyasının sədri kimi sizə müraciət etdiyim son axşamdır. Sabah mən siyasi partiyanın sədri deyil, Serbiyanın bütün vətəndaşlarının lideri olacağam”, – Vuçiç ölkə hökumətinə dəstək məqsədilə keçirilən ümummilli mitinq iştirakçıları qarşısında çıxış edərkən deyib.