“Volvo Cars” şirkəti bütün dünyada satılmış təxminən 500 min avtomobilini geri çağırır.

Müvafiq qərar avtomobillərin mühərrik bölməsində alışma təhlükəsinə görə qəbul edilib.

Bildirilir ki, mühərrik bölməsində nasazlığın qeydə alındığı modellər 2014-cü ildən 2019-cu ilə qədər istehsal edilmiş avtomobillərdir. Dörd silindrli dizel mühərrikləri V40, V60, V70, S80, XC60 və XC90 modellərinə quraşdırılıb.

Daha əvvəl bildirilirdi ki, “Volvo” dizel mühərriklərdən imtina edib.

İstinadlar Report