Rusiyanın Volqoqrad şəhərində mənzildə yanğın baş verib.

Bu barədə Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq İdarəsindən bildirilib.

Yanğın nəticəsində 3 nəfər həyatını itirib, onlardan biri qadın, ikisi isə uşaqdır. Daha bir uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, yanğın Qeroyev Tula küçəsində yerləşən binanın mənzillərindən birində qeydə alınıb.

İstinadlar Report