
“Rusiya Prezidenti Vladimir Putin iki il ərzində mənimlə dialoqdan yayınıb və hətta o, telefon danışıqlarına da yaxın durmayıb”.
Bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski Koreyanın “Chosun İlbo” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, bundan sonra danışıqlar yalnız Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxmasından sonra mümkün olacaq.
V.Zelenski V.Putinin Ukraynanı ələ keçirmək və Ukrayna dövlətçiliyini məhv etmək istəyi olduğunu söyləyib.
Ukrayna Prezidentinin sözlərinə görə, Rusiyanın növbəti hədəfi Belarusdur.