Ukraynada davam edən müharibədə mart ayında dönüş nöqtəsi yarana bilər.

Bu barədə Prezident Volodimir Zelenski “Associated Press”ə müsahibəsində deyib.

O, bunu mart ayında Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqələndirib.

Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ilin martında keçirilməlidir. Vladimir Putin hələ ki, beşinci müddətə prezident olmaq niyyətini rəsmən açıqlamayıb.