Fevralın 19-da Ukrayna Prezidenti Volodimir Zelenski Kupyansk vilayətində cəbhə xəttinə gedib.

Bu barədə Ukrayna Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

“Zelenski Xarkov vilayətinə səfəri zamanı Kupyanskın müdafiəsi üzrə döyüş tapşırıqlarını yerinə yetirən “Böyük Knyaz Roman” adını daşıyan 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın batalyon komandanlıq məntəqəsinə baş çəkib”, – qeyd edilib.

Bildirilib ki, Ukrayna dövlət başçısı briqada komandiri polkovnik-leytenant Aleksey Trubnikovun cəbhənin bu hissəsindəki əməliyyat vəziyyəti və Müdafiə Qüvvələrinin bir-birinə yaxın bölmələri ilə qarşılıqlı əlaqə haqqında məruzəsini dinləyib.

İstinadlar Report