Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Bu barədə Ukrayna dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı əsas diqqət Ukrayna ətrafında vəziyyətin deeskalasiyası üçün beynəlxalq siyasi və diplomatik səylərin əlaqələndirilməsinə yönəldilib.

V.Zelenski hazırkı vəziyyətdə daxili iqtisadiyyatın sabit inkişafının təmin edilməsinin vacibliyini vurğulayıb. O, bununla bağlı 1,2 milyard avro məbləğində makromaliyyə yardımının ayrılması ilə bağlı vaxtında qərar verdiyinə görə Avropa İttifaqına təşəkkür edib.

İstinadlar Report