Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb.

Görüş amerikalı siyasətçinin Kiyevə rəsmi səfəri çərçivəsində baş tutub.

“Rusiyanın məqsədi ölkələrimiz arasında ədavət toxumu səpməkdir, buna imkan verə bilmərik. Biz birlikdə hərəkət etməliyik, birliyimizi gücləndirməliyik – bu, indiki məqamda, xüsusən də Rusiyanın təcavüzü halında çox vacibdir”, – E.Blinken bildirib.

V.Zelenski isə ABŞ-ın dövlət katibinin Ukraynaya səfirinin rəsmi Kiyev üçün böyük önəm daşıdığını bildirib:

“Bu, ABŞ-ın müstəqilliyimizə, ölkənin suverenliyinə güclü dəstəyini bir daha vurğulayır”.

Bundan başqa, Ukrayna Prezidenti ABŞ kəşfiyyatının fəaliyyətinə də diqqət çəkib:

“Kəşfiyyatınız əladır, amma siz okeanın o tayındasınız, biz isə burada. Düşünürəm ki, biz dövlətimiz haqqında bəzi şeyləri bir az daha dərindən bilirik”.

İstinadlar Report