“Vmedia”: “Erməni kilsəsi “Həvari” kilsəsi adlana bilməz” – VİDEO

“Vmedia” yutub-kanalı növbəti əfsanə haqqında “Erməni Həvari Kilsəsi” adlı yeni videoçarx hazırlayıb.
Filmin müəllifləri bildirirlər ki, yaxın zamanlaradək heç kim erməni kilsəsini “Həvari kilsəsi” adlandırmırdı: “Hətta erməni tarixçiləri belə onu “Erməni-Qriqoryan” və ya sadəcə “Qriqoryan” kilsəsi adlandırırdılar. Bu səbəbdən, yeni videoçarxın məqsədi IV əsrdə əsası qoyulmuş erməni kilsəsinin necə “Həvari kilsəsi”nə çevrildiyini və bunun düzgün olmadığını sübut etməkdir”.
“Qarşımızda dünya ictimaiyyətini aldadan daha bir feyk var. Təəssüf ki, bu, inandırıcı bir yalandır, çünki hamıya elə gəlir ki, “kilsənin rəsmi adında feyk ola bilməz”, – kanalın müəllifləri qeyd edirlər.
Bu avtomobil sahiblərinə pul veriləcək – Video

Azərbaycanın avtomobil parkı yenilənəcək. Köhnə və istismar müddətini başa vuran avtomobillər utilizasiyaya göndəriləcək. Bunun əvəzində isə vətəndaşların yeni avtomobillər almaları üçün təşviqat işləri aparılacaq.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ”Xəzər Xəbər”ə müsahibəsi zamanı deyib ki, Azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb.
Layihənin məqsədi yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən köhnə nəqliyyat vasitələrinin utilizasiyasıdır.
O qeyd edib ki, hazırda Azərbaycandakı avtomobillərin 80 faizinin istehsal tarixi 10 ildən çoxdur:
Ölkə başçısının tapşırığına uyğun olaraq hazırlanan dövlət proqramının əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq etməkdir”.
O əlavə edib ki, istismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək.
Nazir müşaviri onu da qeyd edib ki, avtomobil sahibləri maşınını utilizasiyaya göndərməkdə tam sərbəst olacaq. Yəni bu, onların könüllü seçimidir.
Saakaşvili əməliyyata ehtiyac duyur – VİDEO

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili onurğasından zədə aldığını və əməliyyata ehtiyac duyduğunu açıqlayıb.
Saakaşvilinin ictimaiyyətə ünvanladığı məktubu “Vahid Milli Hərəkat” müxalif partiyasından olan deputat Yekaterina Xerxeulidze oxuyub.
“Həkimlər MRT vasitəsilə onurğamdan zədə aldığımla bağlı diaqnoz qoydular. Bu zədəni böyük ehtimalla zor tətbiq edilərək Qldani həbsxanasına köçürülərkən almışam. Anladığım qədərilə, bu zədəyə görə əməliyyata ehtiyac duyuram”, – deyə Saakaşvili söyləyib.
Saakaşvili yazır ki, bel nahiyəsində güclü ağrı hiss edir və bu səbəbdən də, gün ərzində bir neçə dəfə ona ağrıkəsici iynələr vurulur. Bununla yanaşı, onda tez-tez başgicəllənməsi və titrəmə müşahidə edilir. Eyni zamanda, o, sol əlini hərəkət etdirməkdə çətinlik çəkir.
Xatırladaq ki, Gürcüstanın Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti mayın 12-si Saakaşvilini Rustavidə saxlanıldığı həbsxanadan tibbi müayinə üçün Tbilisidəki “Vivamed” klinikasına köçürüb.
Bu rayonda narkotiklə bağlı 6 nəfər tutuldu – Video

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son həftədə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.
Onlarda ümumilikdə 2 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılanlar birbaşa olaraq Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışını həyata keçirən şəxslər olublar.
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.
Saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Tufana düşüb Bakıya qayıdan təyyarədə həyəcanlı anlar – Video

Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə tufanla əlaqədar Naxçıvan hava limanına eniş edə bilməmişdi. Nəticədə, Bakıya qayıtmaq barədə qərar qəbul edilib və təyyarə 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Məlum olub ki, təyyarə Bakı səmasında olduğu vaxtda əlverişsiz hava şəraitinin təsirinə məruz qalıb. Təyyarənin göyərtəsində olan sərnişinlər həyəcanlı anlar keçiriblər.
“Qafqazinfo” həmin vaxt təyyarənin göyərtəsində çəkilən videogörüntüləri təqdim edir:
Avtobuslarda cibgirlik edən şəxsin anbaan görüntüləri – Video

Bakıda sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxt ərazisində cibgirlik cinayətləri edən əvvəllər məhkum olunmuş Qurban Mehtiyev polis əməkdaşları tərəfindən tutulub. Araşdırma zamanı onun müxtəlif avtobuslarda 4 nəfərin pul kisəsini, mobil telefonlarını və digər qiymətli əşyalarını oğurladığı məlum olub.
Qurban Mehtiyev ifadəsində etdiyi cinayətləri etiraf edib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qurban Mehtiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Bakıda yük avtomobili aşdı, xəsarət alan var – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 32 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 10 nəfər, o cümlədən Bakı şəhərinin Nəsimi rayonunda yaşayış binasının pəncərəsinə çıxaraq intihar etmək istəyən 1 nəfər və Bakı şəhərinin Qaradağ rayonunda “Scania” markalı qoşqulu yük avtomobilinin yol kənarına aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib.
Bakıda hərbi formada dilənçilik edənə bu cəza verildi – VİDEO

Bakıda qazi adı ilə dilənçilik edən şəxsə 30 sutka həbs cəzası verilib.
Məlumata görə, Nəsimi rayonu Ağadadaş Qurbanov və Salayev küçələrinin kəsişməsində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov barəsindəki protokola Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə ona 30 sutka inzibati həbs cəzası təyin edib.
Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi Ümid Məmmədovun görüntülərini yayıb. Bildirilib ki, o, daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.
Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədovun daha əvvəl də bir neçə dəfə müxtəlif əməllərə görə tutulduğu qeyd edilib.
Nizam Rza
Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb – VİDEO

Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronlardan istifadə etməsinə dair ilk görüntülər yayılıb.
Kamikadze dronunun Rusiya texnikası və hərbçilərini zərərsizləşdirməsi videosu Ukraynanın Xüsusi Əməliyyatlar Qüvvələrinin feysbuk səhifəsində paylaşılıb.
“Rusiya işğalçıları zirehdə oturaraq rahatca alkoqol içirdilər. Lakin onların adət etdiyi məşğuliyyət qəflətən aviazərbə ilə dayandırılıb. Güclü partlayıcı maddə ilə təchiz edilmiş müasir kamikadze pilotsuz uçan aparat birbaşa tanka çırpılıb. Düşmən itkilər verib”, – Xüsusi Əməliyyatlar Qüvvələrinin Komandanlığı bildirib.
Paylaşımda hansı drondan istifadə edildiynə dair məlumat verilməsə də, bunun ABŞ istehsalı “Switchblade” olduğu güman edilir.
Zakir Həsənov “Qaraheybət”də yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib – VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildiirlib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Qaraheybət” Təlim Mərkəzində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.
Müdafiə nazirinə məruzə olunub ki, burada müasir döyüş üsullarının praktiki tətbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim sahələri inşa olunub.
Bundan başqa müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün məşğələlər keçirilir.
Müdafiə naziri “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun kursantlarının təlim sahələrində nümunəvi çıxışlarını izləyib.
Əvvəlcə atış şəhərciklərində atəş hazırlığı üzrə normativlərin və təlim atış çalışmalarının praktiki icrası nümayiş etdirilib.
Sonra müdafiə naziri tank atış şəhərciyində olub. Məruzə olunub ki, burada Vətən müharibəsində, eləcə də son dövrlərdə aparılan döyüş əməliyyatlarında öyrənilən təcrübələrə əsaslanaraq tankların yaşayış məntəqələrində effektiv tətbiqi üsulları məşq etdirilir.
Daha sonra mühəndis şəhərciyinə baxış keçirilib.
Qeyd olunub ki, şəhərcikdə hərbi qulluqçulara müxtəlif tipli mina və döyüş sursatları ilə bağlı ətraflı məlumat verilir. Bundan başqa, mühəndis vasitələri ilə mina və partlamamış döyüş sursatlarının aşkar edilməsi, eləcə də onların təhlükəsizlik qaydalarına əməl olunmaqla zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra olunur.
Müdafiə naziri fiziki hazırlıq şəhərciyinin maneələr zolağı (pentatlon) və kəşfiyyat cığırında kursantların məşq prosesini izlədikdən sonra artilleriya batareyasının komanda müşahidə məntəqəsində olub. Burada kursantlar artilleriya simulyatorlarından atış tapşırıqlarını müvəffəqiyətlə yerinə yetiriblər.
Sonda müdafiə naziri mərkəzin ərazisində tikintisi davam edən hərbi obyektlərdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.
General-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, müasir təlim-məşq üsullarının öyrənilməsi və tətbiqi, həmçinin tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.
İranda bina çökdü – Ölənlərin sayı artdı+ – VİDEO

İranın Abadan şəhərində onmərtəbəli bina çöküb.
Hadisə nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.
Xəbəri rus dilində oxuyun: “В Азербайджане это шоу будет показано впервые” – Фото
Hazırda çökən binanın yaxınlığında yerləşən yaşayış və kommersiya xarakterli binalardan təxliyə əməliyyatı həyata keçirilir.
Ölən və yaralananların sayının artacağı gözlənilir.
***
İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. 25 nəfər isə yaralanıb. Dağıntılar altında azı 80 nəfərin qaldğı bildirilir.
“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər – Video

Bakı şəhərində keçiriləcək “Formula-1 Azərbaycan Qran Prisi 2022” yarışlarına hazırlıq çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti nəzdində Bakı Marşal Klubu marşalların bacarıq və təcrübələrinin artırılması məqsədilə 21-22 may tarixlərində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin dəstəyi ilə yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlimlər keçirilib.
FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynovun rəhbərliyi ilə təşkil olunan təlimlərin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək fövqəladə hallarla bağlı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün marşalların peşəkarlığının daha da artırılmasıdır.
Təlimin nəzəri hissəsində Akademiyanın xüsusi ixtisaslı təlim-tədris heyəti tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması, mümkün belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.
Praktiki hissədə fövqəladə hadisələr, o cümlədən yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah olunub.
Mayın 14-dən başlayan təlimlər artıq 4-cü dəfədir ki keçirilir. Nəzəri və praktiki hissələrdən ibarət bu təlimlərdə ümumilikdə 190 nəfərə yaxın marşal iştirak edib.
Qeyd edək ki, növbəti “Formula-1 Azərbaycan Qran Prisi 2022” bu ilin 10-12 iyun tarixlərində paytaxt Bakıda keçiriləcək. Yarış müddətində 1400 marşalın iştirakı nəzərdə tutulub.
Türkiyəli pilotlar Bakı səmasında – Video

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində ölkəmizə gələn türkiyəli pilotlar Bakı səmasında sınaq uçuşları ediblər.
Onlar havada bir sıra manevrlər həyata keçiriblər.
Qeyd edək ki, 26-29 may tarixlərində keçiriləcək festival çərçivəsində türkiyəli pilotlarla yanaşı Azərbaycandan olan hərbçilər də nümunəvi uçuşlar da həyata keçirəcək.
Eldar Tanrıverdi
Fotolar: Müzəffər İsmayılov
Şuşa Real Məktəbi belə olacaq – Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Artıq Şuşa Real Məktəbinin layihələndirmə və bərpa işlərinə başlanılıb.
Bu məqamda xatırladaq ki, Şuşa Real Məktəbi XIX əsrdə inşa olunub. Azərbaycanda maarifçi nəslin yetişməsində bu təhsil müəssisəsinin xüsusi rolu olub. Haşım bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli kimi ədiblər bu məktəbin yetirmələri olub.
1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı Məktəbi yandırılaraq xarabazara çevrilib.
Layihələndirmə və bərpa işlərinə başlanılan Şuşa Real Məktəbinin necə olacağına dair videogörüntünü təqdim edirik:
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib.
“Report” icmalı təqdim edir.
Binəqədidə 5 evi yaran şəxs tutuldu – Video

Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.
Zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Eyni məzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub. Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.
43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tahir Qasımov saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman onun paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 5 evdən müxtəlif vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar oğurladığı məlum olub. O, izahatında etdiyi oğurluqları etiraf edib.
Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat- istintaq tədbirləri davam etdirilir.
FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təlim keçirdi – Video

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Yanğından Mühafizə Hissəsi və Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının xidməti heyəti yanğın zamanı köçürmə planı üzrə hərəkətlərin təlim məşqini uğurla icra edib.
Əsas məqsədi Liman ərazisində baş verə biləcək fövqəladə vəziyyətlərə qarşı mübarizə bacarığını və işçilərin təhlükəsizliyinin təminini yüksəltmək olan təlim çərçivəsində şərti olaraq biri qapalı, digəri isə açıq sahədə olmaqla 2 süni yanğın ocağı formalaşdırılıb. Daha sonra həyəcan siqnalı işə düşüb və qısa zamanda Limanda yanğın baş verən ərazi üzrə mövcud olan könüllü yanğından mühafizə dəstəsi alova ilkin müdaxiləyə başlayıb.
Eyni zamanda, ərazidə olan bütün şəxslər toplama məntəqəsinə yönələndirilib və müvafiq şərait qiymətləndirilərək FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Limanın mühafizə xidməti tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilməklə yanaşı, əraziyə cəlb edilən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin operativ nəqliyyat vasitələri və canlı qüvvəsinə yol göstərəcək bayraqdarlar işlərinə başlayıb.
Təlim çərçivəsində çevik reaksiya və doğru müdaxilə nəticəsində hər iki nöqtədəki “alov” qısa zamanda “söndürülüb” və yanğının texniki təlim planına uyğun olaraq hadisə nəticəsində səhhəti pisləşən bir işçi FHN-in əməkdaşları tərəfindən təxliyə edilərək Təcili Tibbi Yardım Briqadasına təhvil verilib.
Bakı Limanı ərazisində həyata keçirilən yanğın-texniki təlim çərçivəsində liman heyətinin hadisələrə reaksiyası və ardıcıllığı FHN-in mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib və müvafiq tövsiyələr verilib.
Belə təlimlərin il ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulur.
Həmçinin baxın
Zakir Həsənov “Qaraheybət”də yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib – VİDEO
“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər – Video
Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir – VİDEO
FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirdi – Video
Ermənistanın saxta siqaret və brilyant ticarəti üzə çıxdı – Paşinyanın da əli var – VİDEO
Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı qətlin təfərrüatı – VİDEO
“Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla