Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə yerli orqanlara keçirilən seçkilərdə səs verib.

“Hər bir ukraynalı kimi mənim üçün də əhəmiyyətlidir ki, etbar etdiyimiz insanları seçək”, – Zelenski seçki məntəqəsindən çıxarkən deyib.

Xatırladaq ki, Zelenski yerli seçkilər günü rüşvətxor məmurlara ömürlük cəza, Donbasda azad iqtisadi zonanın yaradılması, Radada deputat sayının 300-ə endirilməsi, tibbi sirrin leqallaşdırılması və Budapeşt Memorandumunun müəyyən etdiyi təhlükəsizlik zəmanətləri ilə bağlı seçki məntəqələri xaricində ümumukrayna səsverməsinin keçirilməsini təklif edib.

Qeyd edək ki, seçki məntəqələri yerli vaxtla saat 8:00-də (Bakı vaxtı ilə saat 10:00) açılıb. Səsvermə saat 20:00-ə qədər davam edəcək (Bakı vaxtı ilə saat 22:00).