Ukrayna prezidenti vəzifəsinin icrasına başlamış Vladimir Zelenski və Kiyevdə Birləşmiş Ştatların nümayəndələri görüşüb.

Bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

Tərəflər görüşün gedişatında “Rusiya təcavüzü”nə əks təsir məsələlərini müzakirə ediblər.

“ABŞ hər şeydən əvvəl Rusiya təcavüzünün öhdəsindən gəlməkdə Ukraynanın güclü və çox ciddi müttəfiqidir. Biz Donetsk hövzəsində və Krımda Rusiya təcavüzünün öhdəsindən sərbəst gəlməyi bacarmayacağıq. Buna görə szin köməyiniz lazımdır”, – deyə Zelenski rəsmi Vaşinqtonu Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini davam etdirməyə çağırıb.

Daha əvvəl məlum olub ki, Ukrayna prezidenti Ali Radanı vaxtından əvvəl buraxacaq.

İstinadlar Report