Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasının Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxberlə telefon danışığı aparıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər Rusiya-İran əməkdaşlığının gələcək inkişafında, o cümlədən enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

İstinadlar Report