
Rusiya Prezidenti Vladimir Putin Xəzəryanı ölkələrin Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək Zirvə toplantısında iştirak edəcək.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu məqsədlə V.Putin iyunun 29-da Aşqabada səfər edəcək.