Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfərə gəlib.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, burada o, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə danışıqlar aparacaq.

Görüş nümayəndə heyətlərinin iştirakı ilə başlayacaq, daha sonra liderlər təkbətək görüş keçirəcəklər.

İstinadlar Report