“Tehran-43” və “Qaçış” filmlərinin yaradıcısı, SSRİ Xalq artisti Vladimir Naumov 93 yaşında dünyasını dəyişib.

Bu barədə RF Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, V. Naumov 1927-ci il dekabrın 6-da Leninqradda anadan olub. 1963-cü ildən “Mosfilm”in rəhbəri olub. Kinematoqrafiya İncəsənəti və Elm Milli Akademiyasının prezidenti olub. O, son illər Aleksandr Puşkinin “Çar Saltan haqqında nağıllar”ın ekranlaşdırılması üzərində çalışırdı.

İstinadlar Qafqazinfo