
Qlobal problemlərin həlli bütün platformalarda çoxtərəfli dialoqun davam etdirilməsini tələb edir.
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva qarşıdan gələn Qlobal Bakı Forumuna həsr olunmuş qəbulda bildirib.
“Bu gün dünya fərqlidir. Daim dəyişən qlobal geosiyasət fonunda bizi birləşdirən prinsiplərə: həmrəylik, humanizm, beynəlxalq hüquqa hörmət prinsiplərinə sadiq qalmalıyıq”, – o bildirib.
V.Andreyeva vurğulayıb ki, artıq dörd ilə yaxındır, Azərbaycandadır və bütün bu müddət ərzində Bakı Forumuna böyük əhəmiyyət verib.