“Biz bu ilin mayında Azərbaycanda olarkən müxtəlif görüşlər keçirib, çoxsaylı tədbirlərdə iştirak etmişik. Ən əsası biz Heydər Əliyevi xatırlayır, hörmətlə anırıq. Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında Heydər Əliyevin adını daşıyan park var. İrpendə Heydər Əliyevin həyat yoldaşı Zərifə Əliyevanın adına məktəb mövcuddur”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk bildirib.

Onun sözlərinə görə, Ukraynanın ilk ali mükafatı olan “Yaroslav Mudrı” ordeni məhz Ulu Öndər Heydər Əliyevə təqdim olunub: “Ukraynada bu ordenlə seçilmiş, böyük şəxsiyyətlər təltif olunurlar”.

İstinadlar Report