ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Ceyms Devid Vens etiraf edib ki, noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmək olduqca çətin olacaq.

“Şimali Karolinada üstünlük əldə etməsək, bizim (ABŞ prezidentliyinə namizəd Donald Tramp – Qeyd) qalib gəlməyimiz çox çətin olacaq”, – deyə o bildirib.