Rusiyanın ən gizli hərbi qurumu- Müdafiə Nazirliyinin Dərin Dəniz Tədqiqatları Baş İdarəsinin rəhbəri, Rusiya Qəhrəmanı, vitse-admiral Aleksey Buriliçev bu gün Moskvada 63 yaşında vəfat edib.

 

Qeyd edək ki, Buriliçev 2005-ci ildə Müdafiə Nazirliyinin Dərin Dəniz Tədqiqatları Baş İdarəsinin rəisi təyin edilib.

“Rusiya Federasiyasının Qəhrəmanı” adı ona 1996-cı ildə “K-461 “Volk” sualtı qayığı ilə Atlantikdə ballistik raketlərlə silahlanmış ABŞ sualtı qayığını kəşf etməsinə və onu gizli şəkildə uzun müddət müşayiət etməsinə görə verilmişdi.

İstinadlar Qafqazinfo